"Aclıq oyunları" filminin aktyoru saxlanıldı

Dünya

16.04.2026 19:45

ABŞ-də aktyor İtan Ceymson ölümcül silahla hücumda ittiham olunaraq saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "The İndependent" məlumat yayıb.

Məlumata görə, ona üç hücum maddəsi üzrə ittiham irəli sürülüb.

Hadisənin martın 22-də baş verdiyi bildirilir. Belə ki, aktyor 9 mm-lik tapançadan atəş açmaqda şübhəli bilinir. O, aprelin 8-də həbs edilib və girov müqabilində azadlığa buraxılmayıb.

Onun məhkəmə iclasının aprelin 30-da keçiriləcəyi açıqlanıb. Ceymsonun daha əvvəl də hüquq-mühafizə orqanına müqavimət göstərdiyinə görə saxlanıldığı qeyd olunur.

Qeyd edək ki, aktyor daha çox “Aclıq Oyunları” filmindəki rolu ilə tanınır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Aclıq oyunlar,Aktyor,ABŞ,Ethan Jamieson,Todaypress.tv,