ABŞ və İsrailin İrana hücumlarından sonra İraqın neft hasilatı kəskin azaldı

Dünya

08.03.2026 23:15

İraqda gündəlik neft hasilatının ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra təxminən 60% azaldığı bəyan edilib.

TodayPress TV xəbər verir ki, bu barədə İraq Neft Nazirliyi açıqlama verib.

Bildirilib ki, İraqın neft hasilatı sözügedən hücumlardan sonra gündəlik 3,3 milyon bareldən 1,3 milyon barelə düşüb.

Həmçinin Bəsrə vilayətinin cənub-qərbindəki Bərcisiyə neft bölgəsinin 2 pilotsuz uçuş aparatı (PUA) ilə hədəf alındığı və bölgədə fəaliyyət göstərən xarici şirkətlərdən birinin anbarlarına ziyan dəydiyi qeyd edilib. Lakin neft hasilatı qurğularının zərər görməyib.

Xatırladaq ki, İraq martın 3-də Hörmüz boğazının bağlanması nəticəsində azalan ixrac səbəbindən xam neft hasilatını azaldacağını elan etmişdi.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,İran,İraq,Neft,TodayPress TV,