ABŞ və İran danışıqları Omanda keçiriləcək
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə nüvə proqramı üzrə danışıqların 6 fevral Omanın paytaxtı Maskatda keçiriləcəyini təsdiqləyib.
TodayPress TV xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib və görüşün təxminən saat 10:00-da başlayacağını bildirib.
Nazir danışıqlar üçün şərait yaratdığına görə Omanın vasitəçiliyini yüksək qiymətləndirib.
Bundan əvvəl "Axios" nəşri ABŞ rəsmilərinə istinadən yazmışdı ki, fevralın 6-na planlaşdırılan danışıqlar yer məsələsində razılıq olmadığından baş tutmaya bilər. Eyni zamanda, nəşr daha əvvəl danışıqların Türkiyədən Omana köçürüldüyünü də xəbər verib.
Türkan İsgəndərli