ABŞ: Vaşinqton İranın enerji obyektlərinə zərbə endirməyib
ABŞ qüvvələri İsrailin Tehran yaxınlığındakı enerji obyektlərinə endirdiyi zərbələrdə iştirak etməyib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin enerji naziri Kris Rayt “CNN”ə məlumat verib.
Nazir bildirib ki, bunlar İsrailin hücumları idi. Raytın sözlərinə görə, ABŞ hazırda İranın enerji infrastrukturuna zərbələr endirməyi planlaşdırmır.
Aysel Mətləb