ABŞ: Vaşinqton İran münaqişəsinin risklərinə əhəmiyyət vermir
ABŞ hakimiyyəti İran münaqişəsinin yaratdığı risklərdən xəbərdardır, lakin nəticələri ilə maraqlanmır.
TodayPress TV xəbər verir ki, bu barədə keçmiş amerikalı Dəniz Piyadaları Korpusunun zabiti Brayan Berletik sosial media hesabında yazıb.
"ABŞ özünə zərər verməklə yanaşı, qlobal miqyasda böyük ziyana səbəb olacağını anlayır. Lakin Vaşinqton bundan sağ çıxmaq və daha güclü olmaq üçün ən yaxşı şansa malik olduğuna inanır", - deyə o qeyd edib.
Keçmiş zabit, həmçinin İsrailin, Körfəz ölkələrinin Ukraynanın və Avropanın gələcəyinə laqeyd yanaşdığını da bildirib.
Aysel Mətləb