ABŞ Ukraynadan İrana qarşı yardım istədi

ABŞ Ukraynadan İrana qarşı  yardım istədi
07.03.2026 14:34 Dünya

 Vaşinqton İran dronlarına qarşı mübarizədə Kiyevdən kömək istəyib. 

TodayPress TV  xəbər verir ki, bu barədə "Politico" yazıb. 

Nəşrin məlumatına görə, ABŞ bir ildir ki, Ukrayna ilə maliyyə və hərbi yardım göstərəcək yeni müqaviləni müzakirə edir. 

"Politico" qeyd edir ki, Kiyevin hazırda Vaşinqton üçün həqiqətən faydalı ola biləcək dəyərli bir təcrübəsi var.

Mənbələr bildiriblər ki, briqada generalı Mett Ross və dron əleyhinə imkanların hazırlanması və satın alınmasından məsul olan qurumlararası işçi qrupun bir neçə üzvü Ukraynaya səfər edib.

Nəşrin mənbələrinə görə, onlar Ukrayna Silahlı Qüvvələrinin pilotsuz hava hücumlarına qarşı mübarizədəki döyüş təcrübəsini müzakirə ediblər.

Jalə Rövşən 

TodayPress TV 

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər