ABŞ ucuz qanadlı raketlərin kütləvi istehsalına başlayır

ABŞ ucuz qanadlı raketlərin kütləvi istehsalına başlayır
09.06.2026 20:50 Dünya

ABŞ Silahlı Qüvvələri "FAMM" proqramı çərçivəsində ucuz qanadlı raketlərin seriyalı istehsalına 2026-cı ilin sentyabrında başlamağı planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Konqresinin Senatında keçirilən dinləmələrdə ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi, Kennet Uilsbek məlumat verib.

Uilsbek bildirib ki, "FAMM" təşəbbüsü çərçivəsində hazırlanan raketlər bu ilin sentyabrında istehsala buraxılacaq.

Onun sözlərinə görə, həm Yaxın Şərqdə, həm də Avropadakı münaqişələr göstərib ki, silahların kütləvi istehsalı və yüksək sürətlə istehsal imkanları böyük əhəmiyyət daşıyır. O vurğulayıb ki, kütləvi istehsal rəqib tərəfin müdafiəsini daha da çətinləşdirir.

Məlumata görə, "FAMM" proqramı çərçivəsində istehsal ediləcək raketlərin dəyəri ABŞ-nin ənənəvi zərbə sistemləri olan "Tomahawk" və "AGM-158 JASSM" raketlərindən xeyli aşağı olacaq.

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər