ABŞ tankerlərini Hörmüz boğazından keçirəcək

ABŞ tankerlərini Hörmüz boğazından keçirəcək
04.03.2026 00:26 Dünya

ABŞ Hərbi Dəniz Qüvvələri zərurət yaranarsa, neft tankerlərini Hörmüz boğazından keçirməyə hazırdır. 

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib. 

Onun sözlərinə görə, hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq, ABŞ bütün dünyaya enerji resurslarının maneəsiz təchizatını təmin edəcək. 

Ağ Ev lideri, həmçinin ABŞ İnkişaf Maliyyə Korporasiyasına Fars körfəzi üzərindən keçən bütün kommersiya gəmiçilikləri, xüsusən də enerji ilə əlaqəli gəmiçiliklər üçün əlverişli sığorta və zəmanətlər təmin etməyə başlamağı əmr etdiyini açıqlayıb. 

Xatırladaq ki, İran ordusu daha əvvəl Hörmüz boğazından keçməyə cəhd edən istənilən tankeri batırmağa hazır olduğunu bildirib. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər