ABŞ super nüvə bombası hazırlayır – Hədəf ən dərin bunkerlərdir
Soyuq müharibədən bəri ilk dəfə ABŞ yeni super güclü nüvə bombası hazırlamağı planlaşdırır.
TodayPress TV “The War Zone” nəşrinə istinadən xəbər verir ki, bu silah rəqiblərin ən dərin və ən möhkəmləndirilmiş yeraltı sığınacaqlarını məhv etmək üçün xüsusi olaraq hazırlanır.
Bu barədə məlumat ABŞ Energetika Nazirliyinin 2027-ci maliyyə ili üçün maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsinə əlavə edilmiş izahlı sənəddə yer alıb.
Zəhra Məmmədova