ABŞ Silahlı Qüvvələri yeddinci neft tankerini ələ keçirdi
Dünya
21.01.2026 11:08
ABŞ hərbçiləri Karib dənizində sanksiya siyahısında olan yeddinci "Sagitta" tankerini saxlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
Bildirilib ki, tanker Qərb yarımkürəsində qeyri-qanuni fəaliyyətin qarşısının alınmasına yönəlmiş əməliyyat çərçivəsində ələ keçirilib.
Məlumatda vurğulanıb ki, bu addım Venesueladan yalnız qanuni və müvafiq qaydalara uyğun şəkildə daşınan neftin ixracına icazə veriləcəyini nümayiş etdirir. ABŞ tərəfi qeyd edib ki, Amerika xalqının təhlükəsizliyi əsas prioritet olaraq qalır.
Açıqlamaya görə, bu əməliyyatlar Karib hövzəsində yerləşdirilmiş elit birgə qüvvələr qrupunun bütün imkanları ilə dəstəklənib.
Aysel Mətləb
tag: ABŞ ,Karib ,Sagitta,Venesuela,Todaypress.tv,
