ABŞ rəhbərliyindəki koalisiya Ərbil üzərində raket və dronları vurdu

ABŞ rəhbərliyindəki koalisiya Ərbil üzərində raket və dronları vurdu
28.02.2026 16:25 Dünya

ABŞ rəhbərliyindəki beynəlxalq koalisiya qüvvələri İraqın Ərbil şəhəri üzərində bir neçə raket və partlayıcı yüklü pilotsuz uçuş aparatını zərərsizləşdirib.

TodayPress TV xəbər verir ki, bu barədə İraqın muxtar Kürdüstan bölgəsinin terrorla mübarizə qüvvələri məlumat yayıb.

Bildirilib ki, beynəlxalq koalisiya qüvvələri Ərbil üzərində uçan bir neçə raket və partlayıcı yüklü dronu uğurla ələ keçirərək məhv edib. Hadisə nəticəsində ölən və ya yaralananların olmadığı, həmçinin hər hansı maddi ziyanın qeydə alınmadığı bildirilib.

Qiymət Mahir

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər