ABŞ raketi iddiası: Oman sahillərində tanker vuruldu, iki dənizçi itkin düşdü.

ABŞ raketi iddiası: Oman sahillərində tanker vuruldu, iki dənizçi itkin düşdü.
10.06.2026 18:40 Dünya

Oman sahilləri yaxınlığında tankerin ehtimal olunan ABŞ raket zərbəsinə məruz qalmasından sonra iki dənizçi itkin düşmüş hesab olunur.

TodayPress TV xəbər verir ki, bu barədə Britaniyanın dəniz təhlükəsizliyi üzrə “Ambrey” qrupu məlumat yayıb.

“Bu, çox güman ki, İran limanlarının blokadaya alınması məqsədilə ABŞ əməliyyatlarının nəticəsidir. Keçmişdə ekipajlara hücumdan əvvəl gəminin arxa hissəsinə zərbə endirilməzdən öncə ön hissədə toplaşmaları barədə xəbərdarlıq edilib", - deyə qeyd edilib.

Adı açıqlanmayan ikinci təhlükəsizlik mənbəyi də “Reuters” agentliyinə gəminin böyük ehtimalla ABŞ raketi ilə vurulduğunu bildirib.

Hindistan hökumətindəki mənbənin “Reuters”ə verdiyi məlumata görə, 28 nəfərlik ekipajın 24 üzvü Hindistan vətəndaşı olub və Hindistan rəsmiləri itkin düşən iki dənizçinin Hindistandan olub-olmadığını müəyyənləşdirməyə çalışırlar.

Həmçinin Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları Agentliyi bildirib ki, gəmi Palau bayrağı altında üzən kimyəvi və neft məhsulları daşıyan tanker olub.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər