ABŞ Maduronun müdafiə xərclərinin ödənilməsinə icazə verdi
ABŞ hökuməti keçmiş lider Nikolas Maduronun müdafiəsinin maliyyələşdirilməsi ilə bağlı Venesuela hökuməti ilə razılığa gəlib və bununla da iş ətrafında həftələrlə davam edən hüquqi qarşıdurmaya son qoyulub.
TodayPress TV xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Nyu-Yorkun Cənub Dairəsi üzrə federal prokurorları bildiriblər ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) Maduro və xanımı Siliya Flores de Maduronun müdafiə vəkillərinə Venesuela hökuməti tərəfindən ödəniş edilməsinə icazə verən yenilənmiş lisenziyalar təqdim edib.
Qeyd edək ki, bu addım bir ay əvvəl keçirilən məhkəmə iclasından sonra atılıb.
Aysel Mətləb