ABŞ Kiyevdəki səfirliyi bağlayıb gedə bilər
ABŞ dövlət katibi Marko Rubio Rusiyanın Kiyevə hava hücumları fonunda ABŞ-nin Ukraynadakı səfirliyinin fəaliyyətinin dayandırıla biləcəyini istisna etməyib.
TodayPress TV xəbər verir ki, bu barədə Rubio jurnalistlərə açılamasında danışıb.
O bildirib ki, amerikalı diplomatların Kiyevdə qalmasının təhlükəsiz olub-olmadığına ABŞ hakimiyyəti qərar verəcək.
“Onlar bunu aylardır deyirlər, diplomatları aylardır getmələri barədə xəbərdar edirlər. Düşünmürəm ki, Kiyevin vurulmasına kimsə təəccüblənsin”, – deyə Rubio bildirib.
Dövlət katibi əlavə edib ki, ABŞ Dövlət Departamenti dünyadakı diplomatik nümayəndəliklərin təhlükəsizliyini hər gün qiymətləndirir. Hazırda isə Kiyevdəki səfirliyin statusunun dəyişdirilməsini tələb edən təhlükə qeydə alınmayıb.
Qeyd edək ki, Rusiya tərəfi daha əvvəl Qərb ölkələrini Kiyevdə fəaliyyət göstərən diplomatlarının təhlükəsizliyi barədə xəbərdar edib.