ABŞ Karib dənizində daha bir Rusiya nefti daşıyan tankeri ələ keçirdi

ABŞ Karib dənizində daha bir Rusiya nefti daşıyan tankeri ələ keçirdi
09.01.2026 17:55 Dünya

ABŞ Sahil Mühafizəsi Karib dənizində, Trinidad və Tobaqo sahillərində "Olina" neft tankerini ələ keçirib və gəmi heyətini saxlayıb.

TodayPress TV xəbər verir ki, “The Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ sanksiyaları altında olan tanker qanunsuz olaraq Rusiya nefti daşıyır və bu dəfə Venesueladan yola çıxıb.

Olina əvvəllər “Minerva M” adı ilə tanınırdı. Bu əməliyyat Venesuela neft ixracına nəzarət çərçivəsində ABŞ tərəfindən son həftələrdə ələ keçirilən beşinci tankerdir. Yanvarın 7-də isə “Marinera” tankeri də beynəlxalq sularda ələ keçirilib.

ABŞ Prezidenti Donald Tramp gəminin heyətindən iki Rusiya vətəndaşının azad edilməsinə icazə verib.

Jalə Rövşən 

TodayPress TV 

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər