ABŞ İsrailə 151,8 milyon dollarlıq bomba satacaq
Dünya
07.03.2026 10:47
İranla gərginliyin artması fonunda ABŞ İsrailə yeni hərbi silah satışı müqaviləsini təsdiqləyib.
TodayPress TV xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Müqavilənin ümumi dəyəri 151,8 milyon dollar təşkil edir. ABŞ Dövlət Departamentinin məlumatına görə, paket İsrailin davam edən regional münaqişə şəraitində hərbi imkanlarını gücləndirməyə yönəlib. Paketə minlərlə partlayıcı qurğu və əlavə logistika dəstəyi daxildir.
Bomba təchizatının bir hissəsi birbaşa ABŞ-nin mövcud ehtiyatlarından veriləcək.
ABŞ rəsmiləri bildiriblər ki, satış Konqresin adi baxış proseduru olmadan, fövqəladə səlahiyyətlər əsasında təsdiqlənib. ABŞ dövlət katibi Marko Rubio qərarın ölkənin milli təhlükəsizlik maraqları üçün zəruri olduğunu qeyd edib.
Türkan İsgəndərli
tag: İsrail,ABŞ,Bomba,Müqavilə,Todaypress.tv,
