ABŞ İraqdakı vətəndaşlarını ölkədən çıxmağa çağırır
Dünya
05.03.2026 22:30
Bağdaddakı ABŞ səfirliyi İraqdakı Amerika vətəndaşlarını mümkün qədər tez bir zamanda ölkəni tərk etməyə çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə Bağdaddakı ABŞ səfirliyi tərəfindən verilən təhlükəsizlik xəbərdarlığında bildirilib.
Bəyanatda ABŞ hökumətinin Yaxın Şərqdən amerikalıların təxliyəsinə kömək etmək üçün bütün variantları qiymətləndirdiyi bildirilib. Hazırda İraqdan kommersiya uçuşlarının olmadığı və İordaniya, Küveyt, Səudiyyə Ərəbistanı və Türkiyəyə quru yolu ilə getməyin mümkün olduğu qeyd olunub. Əksər sərhəd keçidləri açıq olsa da, bu keçidlərin əvvəlcədən xəbərdarlıq edilmədən bağlana biləcəyi barədə xəbərdarlıq edilib.
ABŞ vətəndaşlarına təhlükəsiz hesab etdikləri təqdirdə ölkəni quru yolu ilə tərk etməyi ciddi şəkildə düşünmələri tövsiyə edilib.
Aysel Mətləb
tag: ABŞ,İraq,Ölkə,Tərk,Todaypress.tv,
