ABŞ İranda vurulan "F-15"in pilotunu xilas etdi

Dünya

05.04.2026 10:12

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkənin xüsusi təyinatlı qüvvələri İran üzərində vurulan "F-15" qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü tapıb və xilas edib.

TodayPress TV xəbər verir ki, o, bu barədə "Truth Social"da yazıb.

Onun sözlərinə görə, pilot İran dağlarında, cəbhə xəttinin arxasında qalıb. Tramp qeyd edib ki, onun göstərişi ilə xilasetmə əməliyyatına onlarla təyyarə cəlb olunub. Yaralı pilotun vəziyyətinin yaxşı olacağı bildirilib.

Ağ Ev rəhbəri əlavə edib ki, həmin təyyarənin digər pilotu bir gün əvvəl xilas edilib. İkinci pilotun əməliyyatı riskə atmamaq üçün bu məlumat əvvəl açıqlanmayıb.

Tramp vurğulayıb ki, bu hadisə hərbi tarixdə ilk dəfədir – iki amerikalı pilot düşmən ərazisinin dərinliyində ayrı-ayrılıqda xilas edilib.

Məlumata görə, təyyarə vurulduqdan sonra hər iki pilot katapult edə bilib. Onlardan biri qısa müddətdə tapılıb, digərinin axtarışı isə daha uzun çəkib. Xəbərlərə əsasən, İran tərəfi də ikinci pilotu tapmaq üçün axtarış aparıb və hətta mükafat elan edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: ABŞ,İran,Pilot,F-15,Todaypress.tv,