ABŞ-İran razılaşması qapıda: Tramp tarix açıqladı
ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan razılaşmanın nüvə silahlarının qarşısını almağa yönəldiyini bildirib.
TodayPress TV xəbər verir ki, Trampın sözlərinə görə, İran artıq nüvə silahı əldə etmək istəmir və onu nə satın almaq, nə inkişaf etdirmək, nə də başqa yollarla əldə etmək imkanına malik olacaq.
ABŞ lideri qeyd edib ki, İranla sazişin sabah imzalanması planlaşdırılır. Onun sözlərinə görə, sənəd imzalandıqdan dərhal sonra Hörmüz boğazı bütün ölkələrin gəmiçiliyi üçün açıq olacaq.
Tramp həmçinin bildirib ki, Vaşinqtonun Tehranla münasibətləri əvvəlki administrasiyalar dövründəkindən daha yaxşı səviyyədədir və bu razılaşma çərçivəsində İrana heç bir maliyyə vəsaiti ödənilməyəcək.
ABŞ Prezidenti əlavə edib ki, vəziyyət tam sabitləşdikdən sonra İranın dərinliklərdə yerləşən nüvə materiallarının məhv edilməsi prosesi həyata keçiriləcək.
O, sonda ABŞ-ın İran və bütün Yaxın Şərq ölkələri ilə gələcəkdə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.