ABŞ-İran danışıqları: Atəşkəs 60 gün uzadılır

Dünya

23.05.2026 19:40

ABŞ və İran arasında aparılan danışıqlarda atəşkəsin 60 gün uzadılması, eyni zamanda Tehranın zənginləşdirilmiş uranın miqdarını azaltması məsələsi müzakirə olunur.

TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" qəzeti danışıqların gedişatı ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Tehranın nüvə proqramını müzakirə etmək üçün əsas hazırlayırlar.

Nəşrin məlumatına görə, razılaşmalar Hörmüz boğazının mərhələli şəkildə açılmasını və İranın zənginləşdirilmiş uran ehtiyatlarının məhv edilməsini və ya başqa yerə köçürülməsini əhatə edə bilər.

Buna cavab olaraq, Vaşinqton İran limanlarının blokadasını və sanksiyaları yumşalda, Tehranın xaricdəki aktivlərini tədricən aça bilər.

TodayPress TV

tag: ABŞ ,İran ,Uran,Atəşkəs,TodayPress TV,