ABŞ helikopteri iddiası: İranın hədəfi Trampa təzyiqdir?

ABŞ helikopteri iddiası: İranın hədəfi Trampa təzyiqdir?
09.06.2026 22:32 Dünya

"Əgər İran Amerika lideri Donald Trampın iddia etdiyi kimi, həqiqətən də ABŞ helikopterini vurubsa, atdığı addımın ciddiliyini dərk edirdi".

TodayPress TV xəbər verir ki, bu fikirləri Corc Vaşinqton Universitetinin Yaxın Şərq Siyasəti üzrə dosenti Sina Azodi "Al Jazeera"ya bildirib.

Siyasətçinin sözlərinə görə, iranlılar geri addım atmayacaqlarını çox aydın şəkildə nümayiş etdirməyə çalışırlar:

"Onlar amerikalılarla gərginliyi artırmağa hazırdırlar və zənnimcə, saziş əldə etmək üçün Amerika tərəfinə mümkün qədər çox təzyiq göstərirlər”.

S. Azodi vurğulayıb ki, müharibə ABŞ-də yanacaq qiymətləri və inflyasiyaya güclü təsir edib.

O, həmçinin qarşıdan gələn Dünya Çempionatını xatırladıb:

"Dünya Çempionatına ev sahibliyi edib, həm də başqa bir ölkəni bombalamaq istəməzsiniz".

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər