ABŞ hava limanlarında uçuşlar təxirə salındı

ABŞ hava limanlarında uçuşlar təxirə salındı
07.10.2025 11:12 Dünya

Oktyabrın 6-da ABŞ-nin əsas hava limanlarında uçuşlar kadr problemlərinə görə təxirə salınıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "CNBC" məlumat yayıb.

Məlumata görə, təxirə salınma federal hökumətin maliyyə çatışmazlığı səbəbindən qismən bağlanması ilə əlaqədardır.

Hökumətin bağlanması zamanı hava nəqliyyatı dispetçerlərinin və Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının əməkdaşlarının bir qismi işə gəlmir və hazırda onlara maaş verilmir.

Qeyd edək ki, ABŞ-də 4000-dən çox reys təxirə salınıb. Ən çox təsirə məruz qalan hava limanları arasında Nyuark, Feniks, Denver və Las-Veqas var.

Türkan İsgəndərli

TodayPress TV 

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər