ABŞ gizli əməliyyatla DAHA BİR RƏHBƏRİ vurdu: Tramp son dəqiqə xəbərini yaydı!
"Tren de Aragua" cinayətkar qruplaşmasının rəhbərini məhv edilib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth social" şəbəkəsində məlumat yayıb.
O bəyan edib ki, ABŞ ordusu əməliyyatı onun göstərişi ilə Venesuela tərəfi ilə birgə həyata keçirib.

"Mənim əmrimlə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının endirdiyi ildırımsürətli zərbə ilə dünyanın ən qəddar terror təşkilatlarından biri olan "Tren de Aragua"nın bədnam rəhbəri Nino Qerrero uğurla zərərsizləşdirildi. Bu addım çox yaxşı əməkdaşlıq etdiyimiz Venesueladakı dostlarımızla sıx koordinasiya şəraitində atılıb ", - deyə o, platformasında yazıb.
O, həmçinin qeyd edib ki, əvvəllər sözügedən qruplaşmanı ABŞ-nin terror təşkilatları siyahısına daxil edib.