ABŞ-dən Türkiyəyə tərif: "Nümunə götürməlidirlər"

ABŞ-dən Türkiyəyə tərif: "Nümunə götürməlidirlər"
01.07.2026 23:05 Dünya

ABŞ-nin NATO yanında səfiri Metyu Uitaker Türkiyənin müdafiə sənayesinin imkanlarını yüksək qiymətləndirərək ölkəni alyansın ən bacarıqlı müttəfiqlərindən biri adlandırıb.

TodayPress TV-nin məlumatına görə, Uitaker bildirib ki, Türkiyə həm öz təhlükəsizliyinin, həm də tərəfdaşlarının təhlükəsizliyinin təmin olunmasına sadiq olan “inanılmaz dərəcədə bacarıqlı müttəfiqdir”.

Onun sözlərinə görə, ABŞ-nin digər müttəfiqləri də öz sənaye bazalarını inkişaf etdirmək baxımından Türkiyədən nümunə götürməlidirlər.

ABŞ rəsmisi Türkiyənin müdafiə-sənaye kompleksinin nailiyyətlərinə misal olaraq ölkənin gəmiqayırma sənayesini göstərib. O qeyd edib ki, Türkiyə tərsanələri eyni vaxtda təxminən 50 gəmi inşa etmək imkanına malikdir.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUL 2026
Bütün Xəbərlər