ABŞ-dən sonra növbəti xəbərdarlıq İrandan gəldi

ABŞ-dən sonra növbəti xəbərdarlıq İrandan gəldi
22.07.2026 18:40 Dünya

İran ABŞ-nin mümkün hücumu halında regiondakı enerji infrastrukturuna zərbələr endirəcəyi ilə hədələyib.

TodayPress TV xəbər verir ki, hərbi mənbəyə istinadən yayılan məlumata görə, ABŞ İranda hər hansı körpünü və ya elektrik stansiyasını vurarsa, Tehran cavab olaraq Vaşinqtonun maraqlarının olduğu regiondakı enerji obyektlərini hədəfə alacaq.

Bununla yanaşı, İran Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinə zəmanət verdiyini bildirib. Qeyd olunub ki, bu, yalnız Tehranla koordinasiya və İranın müəyyən etdiyi qaydalara əməl olunacağı təqdirdə mümkün olacaq.

Kübra Musayeva

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər