ABŞ-dən növbəti addım - Çin və İran şirkətlərinə sanksiya tətbiq etdi

ABŞ-dən növbəti addım - Çin və İran şirkətlərinə sanksiya tətbiq etdi
11.06.2026 08:46 Dünya

ABŞ administrasiyası Belarus, Honkonq, Çin və İrandan olan 12 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib və ya mövcud məhdudiyyətləri genişləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada bildirilib.

Məlumata əsasən, ABŞ Maliyyə Nazirliyi iki İran vətəndaşını, dörd Çin vətəndaşını, həmçinin Honkonq və Çin materikində qeydiyyatdan keçmiş bir neçə şirkəti sanksiyalar siyahısına daxil edib.

Bundan əlavə, bir İran və iki Belarus vətəndaşına, eləcə də İranda fəaliyyət göstərən bir şirkətə qarşı tətbiq olunan mövcud sanksiyalar genişləndirilib.

Vaşinqtonun iddiasına görə, daşınabilən hava hücumundan müdafiə sistemləri (MANPADS) Çindən İrana ötürülüb və bu prosesdə Belarus şirkətlərindən biri vasitəçi rolunu oynayıb. ABŞ rəsmiləri bildirirlər ki, sözügedən avadanlıqların son istifadəçisi İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) olub.

ABŞ administrasiyası qeyd edib ki, yeni sanksiyalar İranın hərbi imkanlarını məhdudlaşdırmağa yönəlmiş “maksimum təzyiq” siyasətinin tərkib hissəsidir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər