ABŞ-dən Minskə təzyiq artır – sanksiyalar qüvvədə qalır

Dünya

22.05.2026 21:55

ABŞ Prezidenti Donald Tramp Belarus rəhbərliyinin nümayəndələrinə qarşı tətbiq olunan Amerika sanksiyalarının müddətini daha bir il uzadıb.

TodayPress TV xəbər verir ki, bununla bağlı qərar ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə dərc olunub.

Məlumata görə, sözügedən sanksiyalar ilk dəfə 2006-cı ildə tətbiq edilib, 9 avqust 2021-ci ildə isə genişləndirilib. Onların qüvvədə olma müddəti 16 iyunda başa çatmalı idi.

Sənəddə qeyd olunub ki, Belarus hökumətinin bəzi üzvlərinin və digər şəxslərin fəaliyyəti ABŞ-nin milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhdid yaratmaqda davam edir. Bu səbəbdən də fövqəladə vəziyyət rejiminin daha bir il uzadıldığı bildirilib.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ ,Belarus ,Tramp ,Sanksiya,TodayPress TV,