ABŞ-dən Kiyevə MÜJDƏ: Silahlar nə vaxt göndərilir?

ABŞ-dən Kiyevə  MÜJDƏ: Silahlar nə vaxt göndərilir?
07.09.2026 10:00 Dünya

ABŞ Ukraynaya PURL (Ukraynanın prioritet ehtiyacları siyahısı) proqramı çərçivəsində silah tədarük etməyə hazırdır.

TodayPress TV xəbər verir ki, bunu Ukraynanın NATO-dakı səfiri Alena Hetmançuk “RBK-Ukrayna”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, proqram çərçivəsində tərəflər Vaşinqtonun artıq təklif etdiyi silah paketlərinin maliyyələşdirilməsi üzərində işləyirlər. Səfir qeyd edib ki, Ukraynanın prioritet ehtiyaclarına uyğun gələn müəyyən silah siyahıları mövcuddur.

“Amerika tərəfi artıq bu silahları Ukraynaya tədarük etməyə hazırdır. Ümid edirəm ki, “Ramşteyn” formatında keçiriləcək növbəti iclasda bu paketlərin maliyyələşdirilməsi üçün əlavə vəsait ayırmağa hazır olduqlarını bildirəcək ölkələr də olacaq”, – Hetmançuk deyib.

Qiymət Mahir

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər