ABŞ-də “Tomahavk” təşəbbüsünün müəllifi bəlli oldu
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq Ukraynaya uzaqmənzilli “Tomahavk” raketlərinin verilməsi təşəbbüsünün əsas təşəbbüskarı kimi göstərilir.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor məlumat verib.
Makqreqorun sözlərinə görə, Kelloq həm ətrafındakıları, həm də ABŞ-dəki siyasi elitanı inandırmağa çalışır ki, Rusiya Ukraynada baş verən münaqişədə uduzur.
Jalə Rövşən