ABŞ-də Rusiyaya qarşı 11 sanksiya təklif edildi

Dünya

10.01.2026 17:30

2025-ci ildə ABŞ Konqresində Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi və Ukraynadakı münaqişə ilə bağlı Vaşinqtonun siyasətinin sərtləşdirilməsinə yönəlmiş 11 qanunvericilik təşəbbüsü təqdim edilib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

ABŞ Senatında Rusiyanın maliyyə qurumları, enerji sektoru, müdafiə sənayesi və dövlət məmurlarına qarşı sanksiyaların gücləndirilməsini nəzərdə tutan beş təşəbbüs qeydə alınıb.

Aprelin 1-də senatorlar Lindsi Qrem və Riçard Blumental Rusiyadan və Rusiya nefti ilə uranı alan ölkələrdən gələn mallara 500 faiz tarif tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim ediblər. Layihə həmçinin ABŞ-nin Rusiyaya enerji ixracının qadağan edilməsini təklif edir. Sənəd 84 senator tərəfindən dəstəklənsə də, müzakirəsi Prezident Donald Trampın mövqeyinə görə təxirə salınıb.

Payız aylarında Senatda Rusiyanın terrorizmin dövlət sponsoru kimi tanınmasını nəzərdə tutan iki qanun layihəsi irəli sürülüb. Dekabrda isə Rusiya neft ixracına qarşı əlavə tədbirlər, o cümlədən neft gəmilərinin ələ keçirilməsi və xarici tərəfdaşlara sanksiyalar tətbiqi təklif olunub.

İl ərzində Nümayəndələr Palatasında da Rusiyaya qarşı altı qanun layihəsi təqdim edilib. Bu təşəbbüslər Rusiyaya hərbi texnika ötürülməsinin qarşısının alınması, Şimali Koreyaya sanksiyalar, Ukrayna ilə mümkün sülh razılaşmasının pozulmasına məhdudiyyətlər və Rusiya ilə əlaqəli xarici bank hesablarına nəzarəti əhatə edir.

Türkan İsgəndərli

TodayPress TV

tag: ABŞ,Rusiya,Ukrayna,Sanksiya,Todaypress.tv,