ABŞ-də neft ehtiyatları azaldı - Energetika Nazirliyi

ABŞ-də neft ehtiyatları azaldı - Energetika Nazirliyi
10.09.2026 22:20 Dünya

ABŞ-də kommersiya neft ehtiyatları həftə ərzində 0,4 milyon barel azalaraq sentyabrın 4-nə 424,1 milyon barel təşkil edib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ehtiyatların mövcud həcmi ilin bu dövrü üçün son beş ilin orta göstəricisinə uyğundur.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 20:15-ə olan məlumata görə, Londonun ICE birjasında 2026-cı ilin noyabr tədarüklü "Brent" markalı neftin fyuçers qiyməti 5,97% artaraq bir barel üçün 107,25 dollara, "WTI" neftinin oktyabr fyuçersinin dəyəri isə 5,97% artaraq bir barel üçün 101,9 dollara yüksəlib.

Aysel Mətləb

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər