ABŞ-da hərbi təyyarə qəzaya uğradı

ABŞ-da hərbi təyyarə qəzaya uğradı
14.06.2026 09:40 Dünya

ABŞ-ın Vaşinqton ştatının Yakima dairəsində hərbi təyyarə qəzaya uğrayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Məlumata görə, pilot katapult edərək təyyarəni tərk edib və xəstəxanaya çatdırılıb.

Qəzanın səbəbləri hələlik açıqlanmayıb.

Hadisə nəticəsində ərazidə meşə yanğını başlayıb. Xilasedicilər qəzanın baş verdiyi Rimrok gölü yaxınlığında istirahət edən şəxsləri təxliyə ediblər.

Yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub.

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər