80 il əvvəl baş verən inanılmaz hadisə: ABŞ Aya siqnal göndərdi

80 il əvvəl baş verən inanılmaz hadisə: ABŞ Aya siqnal göndərdi
10.08.2026 05:13 Dünya

ABŞ hərbçiləri tarixdə ilk dəfə Aya süni radio siqnal göndərərək onun əks-sədasını qəbul ediblər.

TodayPress TV xəbər verir ki, “Project Diana” adlandırılan təcrübə 10 yanvar 1946-cı ildə Nyu-Cersi ştatındakı Fort Monmut hərbi bazasında keçirilib. Mühəndislər İkinci Dünya müharibəsi dövrünə aid radarı təkmilləşdirərək onu Aya yönəldib və güclü radio impulsu göndəriblər.

Təxminən 2,5 saniyə sonra siqnalın zəif əks-sədası qeydə alınıb. Beləliklə, təcrübə radio dalğalarının Yer atmosferinin ionosfer qatını keçərək kosmosa çıxa və Aydan geri qayıda bildiyini göstərib.

Layihə sonradan radioastronomiyanın və kosmik rabitənin inkişafında mühüm addımlardan biri hesab olunub.

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər