Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlandı

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlandı
21.10.2025 16:21 Daxili siyasət

Milli Məclisin oktyabrın 24-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

TodayPress TV xəbər verir ki, toplantının gündəliyinə 17 məsələnin müzakirəsi daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

2. F.M.Abbasovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi haqqında.

3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

4. Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

5. R.A.Xəlilovun Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında.

6. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

7. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

8. Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

9. "Dövlət xidmətləri haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

10. "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

12. "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

13. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

14. "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, "Nəqliyyat haqqında" və "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

16. "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

17. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət rüsumu haqqında", "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Təhsil haqqında", "Sosial xidmət haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Ümumi təhsil haqqında", "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

XƏBƏR LENTİ
31 MAY 2026
Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı 21:10 İsrail ordusu "Hizbullah"a məxsus hərbi obyekti məhv etdiyini AÇIQLADI 21:07 Bütün Xəbərlər