Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət etdilər

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət etdilər
26.05.2026 18:30 Daxili siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkəran şəhərində Osman Mirzəyev adına 5 saylı Uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.

TodayPress TV xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva müəssisədə tərbiyə alan uşaqlarla görüşüb, onlarla səmimi söhbət edib və gündəlik məşğuliyyətləri ilə maraqlanıblar.

Görüş çərçivəsində uşaqlarla birlikdə dulusçuluq nümunələri hazırlanıb. Onlar uşaqların yaradıcılıq prosesini izləyib, onlarla xoş vaxt keçirib və hədiyyələr təqdim ediblər.

Daha sonra uşaqlar üçün animasiya filmləri nümayiş olunub. Leyla Əliyeva və Arzu Əliyeva uşaqlarla birlikdə filmləri izləyiblər.

"Azərbaycan Animasiya Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə uşaqlara "İsi və Piti" animasiya serialının bölümləri, eləcə də müxtəlif maarifləndirici və əyləncəli animasiya filmləri təqdim olunub. Nümayiş olunan filmlər uşaqlar tərəfindən maraqla qarşılanıb.

Tədbir uşaqların asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətlərinin inkişafı və milli animasiya filmlərinə marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Bütün Xəbərlər