Əli Əsədov Türkiyə Diyanət İşləri İdarəsinin sədri ilə görüşdü

Əli Əsədov Türkiyə Diyanət İşləri İdarəsinin sədri ilə görüşdü
24.12.2025 16:49 Daxili siyasət

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə S.Arpaquşun Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda iştirakının əhəmiyyəti vurğulanıb.

İki ölkə arasında dini sahədə əməkdaşlığa toxunularaq qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinin, təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyəti qeyd edilib, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iştirak edib.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər