Azərbaycan Ordusunda Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü qeyd edildi

Azərbaycan Ordusunda Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü qeyd edildi
10.05.2026 19:15 Daxili siyasət

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə nazirliyin tabeliyində olan birlik, birləşmə və hərbi hissələrdə silsilə tədbirlər keçirilib.

TodayPress TV xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa edilib.

Tədbirlərdə çıxış edənlər bildiriblər ki, bütün həyatını xalqına xidmətə həsr edən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvanda anadan olub. Onun ölkəmizə rəhbərlik etdiyi illərdə respublikamız böyük inkişaf yolu keçib, beynəlxalq aləmdə nüfuzu daha da artıb.

Ulu Öndərin xalqımızın milli şüurunun oyanışı istiqamətində gördüyü böyük işlər nəticəsində Azərbaycan müstəqil və suveren dövlət kimi mövcudluğunu təmin edib.

Onun yorulmaz fəaliyyəti nəticəsində bütün sahələrdə olduğu kimi, ordu quruculuğu prosesində də möhkəm təməl yaradılmış, mühüm uğurlar qazanılmış və genişmiqyaslı islahatlar həyata keçirilmişdir. Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan Ordusu bu gün dünyanın ən güclü orduları sırasında layiqli yer tutmaqdadır.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində dövlətçiliyimizin iqtisadi dayaqları daha da möhkəmlənib.

Ölkəmiz demokratik dövlət və ordu quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edib. Hərbi potensialı gündən-günə artan Ordumuz torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa edib və şanlı Zəfər qazanıb.

Həmçinin vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahının yüksəldilməsi, ordumuzun və dövlətçiliyimizin inkişafı istiqamətində misilsiz xidmətləri, eləcə də əziz xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və bütövlükdə xalqımızın qəlbində daim yaşayacaq, heç vaxt unudulmayacaqdır.

Silsilə tədbirlər çərçivəsində şəxsi heyətin Heydər Əliyev Mərkəzlərinə, muzeylərə ziyarəti təşkil olunub, hərbi hissələrdə Ulu Öndərin həyat və yaradıcılığı barədə videofilmlər nümayiş etdirilib.

Sonda vətənpərvərlik ruhunda mədəni-kütləvi tədbirlər keçirilib.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı 21:10 İsrail ordusu "Hizbullah"a məxsus hərbi obyekti məhv etdiyini AÇIQLADI 21:07 Bütün Xəbərlər