Yer kürəsində maqnit fırtınası başladı – XƏBƏRDARLIQ

Yer kürəsində maqnit fırtınası başladı – XƏBƏRDARLIQ
18.08.2026 11:14 Cəmiyyət

Yer kürəsində gözlənilmədən geomaqnit fırtınası başlayıb.

TodayPress TV Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, qlobal maqnit rəsədxanaları şəbəkəsi planetar miqyasda geomaqnit fırtınası qeydə alıb.

Məlumata əsasən, Bakı vaxtı ilə saat 10:00 radələrində fırtınanın gücü G1 səviyyəsində olub. Bu, geomaqnit fırtınasının zəif kateqoriyasına aiddir.

Alimlər bildiriblər ki, bir gün əvvəl geomaqnit şəraitinin pisləşəcəyi gözlənilsə də, dəyişikliklərin yalnız yüngül pozuntularla məhdudlaşacağı ehtimal edilirdi.

Qeyd olunub ki, avqust ayında Günəş aktivliyi kifayət qədər yüksəkdir. Ayın ilk 18 günündə artıq üçüncü maqnit fırtınası qeydə alınıb.

Alimlərin fikrincə, Günəşdə bir neçə günəş ləkəsi qrupunun qarşılıqlı təsiri tez-tez və güclü alovlanmalara səbəb ola bilər.

Bu ilin ən güclü Günəş aktivliyi iyunun sonundan müşahidə edilsə də, artım iyulun əvvəlində başa çatıb. Laboratoriyanın məlumatına görə, həmin dövrdə yalnız iki Günəş alovlanması maksimum X səviyyəsinə çatıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər