"Yalvarıram, məni geri göndərməyin..." – İspan əsgəri mərakeşli uşağın göz yaşlarına tab gətirmədi - VİDEO

"Yalvarıram, məni geri göndərməyin..." – İspan əsgəri mərakeşli uşağın göz yaşlarına tab gətirmədi - VİDEO
05.08.2026 10:28 Cəmiyyət

İspaniyanın Mərakeşlə sərhəddə yerləşən Seuta şəhərinə on minlərlə miqrantın axını zamanı diqqət çəkən bir hadisə yaşanıb.

TodayPress TV xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərə  görə,  sərhədi tək keçən 11 yaşlı mərakeşli uşaq onu geri qaytarmaq istəyən İspaniya təhlükəsizlik əməkdaşını qucaqlayaraq deportasiya edilməməsini xahiş edib.

Uşağın ailəsinin ağır sosial vəziyyətdə yaşadığını və Mərakeşə qayıtmaq istəmədiyini bildirdiyi qeyd olunur.

Hadisədən təsirlənən əməkdaş uşağı İspaniya Mülki Qvardiyasına təhvil verib.

Daha sonra o, miqrasiya orqanlarına göndərilib və qanunvericiliyə uyğun araşdırma aparılıb.

Nəticədə, müşayiətsiz yetkinlik yaşına çatmayan şəxslərin müdafiəsini nəzərdə tutan İspaniya və Avropa qanunvericiliyinə əsasən, uşağın ölkədə qalmasına icazə verilib.


Yazıçı İlqar Altay məsələni belə şərh edib: 

"Bu balaca uşağın fərasətinə baxın. On minlərlə insanın arasına qoşulub, çətin sərhədi tək keçib, qarşısındakı hərbçinin vicdanına toxunmağı bacarıb və öz taleyini dəyişib.

İndi isə kadrlara baxın. Adətən sərt görünən xristian ispan qvardiyaçısı müsəlman uşağın əlindən tutur, onu sakitləşdirir və təhlükəsiz yerə aparır.

Bilmirəm... Amma eyni vəziyyətdə Səudiyyə Ərəbistanı, Dubay və ya başqa zəngin ərəb ölkələri də bu uşağa eyni münasibəti göstərərdimi?".

Jalə Rövşən 

FOTOLAR

"Yalvarıram, məni geri göndərməyin..." – İspan əsgəri mərakeşli uşağın göz yaşlarına tab gətirmədi - VİDEO — 1
"Yalvarıram, məni geri göndərməyin..." – İspan əsgəri mərakeşli uşağın göz yaşlarına tab gətirmədi - VİDEO — 2
"Yalvarıram, məni geri göndərməyin..." – İspan əsgəri mərakeşli uşağın göz yaşlarına tab gətirmədi - VİDEO — 3
XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər