Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
19.02.2026 16:54 Cəmiyyət

Bəzi rayonlarda yağıntlı və küləkli hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən TodayPress TV-yə verilən xəbərə görə, hazırda Şahbuz, Gədəbəy, Sarıbaşda (Qax) yağış, Qrız (Quba), Xınalıq, Daşkəsən və Şahdağda isə qar yağır.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 28, Goranboyda 27, Tərtərdə 25, Lerikdə 23, Qəbələdə 22, Gəncə, Tovuz, Qobustan, Göyçayda 20, Mingəçevir, Ağdam, Balakəndə 18, Sabirabad, Bakıda və Abşeron yarımadasında 17, Şamaxıda 16, Şabran, Yevlaxda 15 m/s-dək güclənir.

Göyçay, İmişli, Sabirabadda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər