Xanabad kəndinə yola salınan ilk köç karvanı Xocalı şəhərinə çatdı

Xanabad kəndinə yola salınan ilk köç karvanı Xocalı şəhərinə çatdı
19.02.2026 12:56 Cəmiyyət

19 fevral Xanabad kəndinə yola salınan ilk köç karvanı Xocalı şəhərinə çatıb.

TodayPress TV xəbər verir ki, ilk mərhələdə Xanabad kəndinə 38 ailə (154 nəfər) köçürülür.

Ailələri Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Kəndə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

TodayPress TV 

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər