“Ünvan Portalı”nda imkanlar genişləndirilib

“Ünvan Portalı”nda imkanlar genişləndirilib
29.01.2026 11:38 Cəmiyyət

Daşınmaz əmlak obyektləri üzrə “Ünvan Portalı” təkmilləşdirilib və bir sıra yeni funksiyalar istifadəyə verilib.

TodayPress TV xəbər verir ki, bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflərə dair mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, bu, ünvan məlumatlarının daha dəqiq və əlçatan formada təqdim edilməsi məqsədilə həyata keçirilib.  

Yeniliklər çərçivəsində daşınmaz əmlak obyektlərinə dair giriş ünvanları ilə yanaşı daxili ünvan məlumatlarının təsviri, köhnə və yeni ünvan məlumatları əsasında axtarış modulu, həmçinin coğrafi və metrik koordinatlar əsasında məkanın müəyyən edilməsi imkanları yaradılıb.  

Bildirilib ki, portalda “Ünvan xidmətləri”, “Ümumi məlumat”, “Qanunvericilik”, “Şikayət və təkliflər” və “İstifadəçi təlimatı” adlı yeni bölmələr də istifadəyə verilib. Bununla yanaşı, “Daşınmaz əmlakın ünvan rekvizitlərinin naturada müəyyən edilərək coğrafi informasiya sisteminə (CİS) daxil edilməsi” və “daşınmaz əmlak obyektinə verilmiş elektron ünvan arayışlarının yoxlanılması” üzrə elektron xidmətlər tətbiq olunub.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
184 dərmanın qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 Bütün Xəbərlər