Torpaqların iqtisadi qiymətləndirilməsi aparılıb
Cəmiyyət
29.01.2026 11:17
“2025-ci il ərzində daşınmaz əmlakla bağlı bir sıra işlər həyata keçirilib”.
TodayPress TV xəbər verir ki, bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu işlər dövlət kadastrı sahəsində torpaqların bonitirovkası, iqtisadi qiymətləndirilməsi və tədqiqat işləri üzrə aparılıb.
Hesabat dövründə 325 685 hektar ərazidə torpaqların bonitirovkası, 168 315 hektar sahədə isə torpaqların iqtisadi qiymətləndirilməsi aparılıb.
Bununla yanaşı, geobotaniki tədqiqatlar çərçivəsində 194 253 hektar sahədə çöl-torpaq tədqiqatı, 336 649 hektar üzrə laboratoriya analizi həyata keçirilib, 231 222 hektar əraziyə dair nəticə məlumatları TEKUS sisteminə daxil edilib.
Torpaq tədqiqatları üzrə isə 282 160 hektar sahədə çöl-torpaq tədqiqatı aparılıb, 458 518 hektar üzrə laboratoriya analizi icra olunub, 435 627 hektar əraziyə dair nəticə məlumatları TEKUS-ə daxil edilib.
Qiymət Mahir
tag: Nigar Alimova,Tədbir,Konfrans,Çıxış,Todaypress.tv,
