Temperatur 4-6 dərəcə enəcək - XƏBƏRDARLIQ

Temperatur 4-6 dərəcə enəcək - XƏBƏRDARLIQ
18.02.2026 20:20 Cəmiyyət

Fevralın 19-u Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

TodayPress TV  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək.

Böyük və Kiçik Qafqaz dağlarının bəzi çaylarında sululuğun artacağı ehtimalı var.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər