Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanacaq

Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanacaq
11.08.2026 20:58 Cəmiyyət

Bakının Binəqədi və Sabunçu rayonlarında iki küçədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə TodayPress TV-yə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, təmir işləri ilə əlaqədar avqustun 12-də saat 08:00-dan Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Ruslan Allahverdiyev küçəsinin bir hissəsində, saat 11:00-dan isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsinin bir hissəsində hərəkət dayandırılacaq.

Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər