Sənədsiz tikililərin sayı açıqlandı

Sənədsiz tikililərin sayı açıqlandı
29.01.2026 11:49 Cəmiyyət

“Azərbaycanda təqribən 400-500 min sənədsiz və ya sənədləşdirilməsi mümkün olmayan tikili var”.

TodayPress TV xəbər verir ki, bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflərə dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. 

“Bu tikililərin statistikasını tam verə bilməyimiz üçün genişmiqyaslı inventarlaşdırma işləri həyata keçirməliyik. Amma qeyri-yaşayış tikililəri üzrə müraciətlərdən təxmin eləsək, yəqin ki, qeyd etdiyim rəqəmdən ən azı 10 dəfə çox fərdi yaşayış tipli tikililərin mövcud olduğunu deyə bilərik”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər