Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
19.02.2026 23:40

Sabah paytaxtın bir sıra ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

TodayPress TV xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

"Xəzər rayonunun Binə qəsəbəsində və Nizami rayonunda aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar fevralın 20-də, saat 10:00-dan etibarən bəzi küçələrin qaz təchizatı müvəqqəti dayandırılacaq", - məlumatda qeyd olunub.

TodayPress TV

XƏBƏR LENTİ
20 OKTYABR 2026
Bütün Xəbərlər