Sabunçu və Suraxanıda qaz olmayacaq

Sabunçu və Suraxanıda qaz olmayacaq
03.07.2025 09:10 Cəmiyyət

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində və Suraxanı rayonunun Hövsan qəsəbəsində təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

TodayPress TV bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Təmir işləri aparılan müddətdə Zabrat qəsəbəsinin Yeni sahə, Vidadi, 1 May küçələrinin, Hövsan qəsəbəsinin isə Məktəbli küçəsinin qaz təchizatında fasilə yaranacaq.

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər