Qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək?

Qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək?
10.08.2026 15:41 Cəmiyyət

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən TodayPress TV-yə verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, avqustun 11-12-də əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər