"Özbaşına tikililər" sənədləşdiriləcək? – AÇIQLANDI
Cəmiyyət
29.01.2026 11:43
“Özbaşına tikililər" tikinti normaları və qanunvericiliyin tələbləri pozularaq aparılan tikinti işləridir və bu cür tikililərin sənədləşdirilməsi mövcud qanunvericiliyə əsasən qadağandır”.
TodayPress TV xəbər verir ki, bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, "özbaşına tikililər"in sənədləşdirilməsinin mümkün olmaması ilə bağlı vətəndaşların maarifləndirilməsi mütəmadi şəkildə aparılır. Bildirilib ki, qurum sadəcə icraedici orqandır və tikinti normalarına zidd şəkildə aparılan özbaşına tikintilərə yol verilməməlidir.
O qeyd edib ki, qanunsuz tikililər sonradan sənədləşdirmə mərhələsində, eləcə də qaz, işıq və su təchizatı ilə bağlı ciddi problemlər yaradır.
Nigar Alimova vurğulayıb ki, ölkə üzrə qanunsuz tikililərin tendensiyası sıfıra endirildikdən sonra, yalnız bu mərhələdə onların sənədləşdirilməsi məsələsinə baxılması mümkün ola bilər.
Qiymət Mahir
tag: Nigar Alimova,Tədbir,Konfrans,Çıxış,Todaypress.tv,
